Musleranın yerinə o gətirilir



 18:00 18.01.2024     190

Transfer çalışmalarını bütün sürətiylə davam etdirən "Qalatasaray" Fernando Musleradan əlcəkləri alacaq adla bağlı razılığa gəlmək üzrədir.

Demedia.az xəbər verir ki, sarı-qırmızılılar gözlərini “Atalanta”nın təcrübəli qapıçısına dikib.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, “Qalatasaray” “Atalanta”da çıxış edən Xuan Mussonu heyətinə qatmaq istəyir. Sarı-qırmızılıların Atalantaya satın alma opsiyonu ilə icarə təklifi edəcəyi gözlənilir. "Atalanta"nın Musso üçün 10 milyon avro istədiyi vurğulanıb.

Aysun / Demedia.az