Avtomobilin altında qalmaqdan çətinliklə xilas oldu - VİDEO



 23:48 18.01.2024     521

Ankara Yenimahallesinde yüksək sürətlə gələn avtomobil yol kənarında digər avtomobillərə çırpılarkən, vətəndaş avtomobillərin vurmasından çətinliklə xilas olub.

Demedia.az xəbər verir ki, hadisə dünən səhər saat 08.30 radələrində Ankaranın Yenimahalle rayonunda baş verib. Sol zolaqla hərəkət edən ağ rəngli, 06 CIB 297 dövlət nömrə nişanlı yolsuzluq avtomobilində olan sürücü hərəkətdə olarkən sükanın idarəetməsini itirib.

Daha sonra sol zolaqda dayanmış 3 avtomobilə çırpılıb. Zərbənin təsirindən SUV model avtomobil digər 3 avtomobillə birlikdə sürüklənib. Bu zaman piyada səkisi ilə keçən vətəndaşı avtomobil vurmaqdan çətinliklə xilas edib. Həmin anlar iş yerinin təhlükəsizlik kamerasına əks olunub.

Aysun / Demedia.az