Türkiyədə metro işləri əsnasında yol çökdü - VİDEO



 23:09 18.01.2024     750

Ümraniyedə metro işləri zamanı küçədə çökmə baş verib.

Demedia.az xəbər verir ki, çökmə baş verən ərazidə bir bina uçub. Bina uçmaq təhlükəsi ilə əlaqədar boşaldılıb. Hadisə yerinə qruplar göndərilib. Küçə nəqliyyatın hərəkətinə bağlanıb və geniş təhlükəsizlik tədbirləri görülüb.

İstanbul Qubernatorluğundan verilən açıqlamada binanın ətrafında lazımi tədbirlərin görüldüyü vurğulanıb.

Açıqlamada bu ifadələrdən istifadə edilib: "Ümraniye metrosunda baş verən qismən çökmə nəticəsində Ümraniye Elmakent Mahallesi Seyrantəpə küçəsində yerləşən istifadəsiz üç mərtəbəli binada çökmə baş verib. Bina boş olduğundan ölən olmayıb. Hadisə zamanı xəsarət alanlar var. Binanın ətrafında lazımi təhlükəsizlik tədbirləri görülüb”.

Aysun / Demedia.az