İordaniyadan Qəzza açıqlaması



 10:45 19.01.2024     308

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi Əmmanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransı keçirib.

Demedia.az xəbər verir ki, Ayman əs-Safedi bəyan edib ki, ölkəsi İsrailin Qəzza zolağında müharibəsinə son qoymaq üçün Türkiyə ilə birgə səylərini davam etdirir. O bildirib ki, tərəflər beynəlxalq mövqe formalaşdırmağa çalışır. Qəzzaya edilən hücumların bölgəni daha çox qarşıdurmalara sövq etdiyinə diqqət çəkən Safedi, "Biz Türkiyə ilə prioritetlər mövzusunda tam razıyıq. Biz sülh istəyirik və Qəzzaya hücumu dayandıracaq beynəlxalq münasibət yaratmaq istəyirik. Bunun üçün Türkiyə ilə birlikdə çalışırıq” deyə bildirib.

Bahadur Seyidov