Pakistan ordusundan İrana hücum barədə açıqlama



 11:40 19.01.2024     301

Pakistanın hərbi rəsmiləri ordunun İrandakı terror qruplaşmalarının mövqelərinə hücumları barədə açıqlama verib.

Demedia.az xəbər verir ki, bildirilib ki, təyyarələr və pilotsuz uçuş aparatları İran daxilində təxminən 20 kilometr uçub. Hərbi əməliyyatlar zamanı terrorçuların gizləndiyi ərazilərə zərbələr endirilib. Hərbi rəsmilər İrana qarşı hücumda müasir silahlardan istifadə edildiyini bəyan ediblər. Qeyd edək ki, İran ordusu Pakistan ərazisində terrorçuların mövqelərinə hücum etdiyini açıqlamışdı.

Ardınca Pakistan da İran ərazisindəki terrorçuların mövqelərinə hava zərbələri endirdiyini bəyan edib. Hücumlar zamanı hər iki tərəfdən dinc insanlar həlak olublar.

Bahadur Seyidov