İsrail Livanı bombaladı



 11:19 19.01.2024     297

İsrailin pilotsuz uçuş aparatı Livanın cənubundakı Kavkaba bölgəsi yaxınlığında hərəkət edən nəqliyyat vasitəsinə raket atıb.

Demedia.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA məlumat paylaşıb. Bildirilir ki, raket avtomobilin qarşısına düşdükdən sonra sərnişinlər sürətlə avtomobildən düşüb qaçıblar. Avtomobildə olan şəxslərin kimliyi barədə məlumat verilməyib. NNA-nın başqa xəbərində Kavkaba qəsəbəsindəki bir evin də PUA ilə hədəf alındığı bildirilib. Tələfat qeydə alınmayıb. Evə zərər dəyib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İsrail Livan sərhədində də gərginlik artıb.

Bahadur Seyidov