Suriyada ABŞ bazasına hücum edildi



 12:14 19.01.2024     309

Suriyanın Haseke vilayətinin Qamışlı rayonunda İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbəsi endirib.

Demedia.az xəbər verir ki, yerli dairələrin məlumatına görə, ABŞ qüvvələrinin yerləşdiyi Himo bazasına İranın dəstəklədiyi qruplar tərəfindən raket hücumu həyata keçirilib.Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil. ABŞ rəsmiləri hücumla bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, ABŞ ordusunun Haseke və Deyr əz-Zordakı bazaları HƏMAS-la İsrail arasında gərginlik artandan sonra tez-tez PUA və raket hücumlarına məruz qalır. Fərat çayının şərqindəki Deyr əz-Zor torpaqları ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altındadır. Şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Bahadur Seyidov