Türk klubu Luyindama ilə yolları ayırdı



 09:25 19.01.2024     234

Super Liqa nəhəngi "Qalatasaray"da Kristian Luyindamanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Demedia.az xəbər verir ki,lisenziyası "Qalatasaray"da verilməyən Kristian Luyindama ilə bağlı qərar verilib.

Bu mövsümün sonuna kimi müqaviləsi olan təcrübəli müdafiəçi qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.Sarı-qırmızılı formada ümumilikdə 79 matça çıxan 30 yaşlı futbolçu 5 qol vurub, 2 məhsuldar ötürmə edib. .

Aysun / Demedia.az