Ərdoğandan kosmos missiyası üçün mesaj: Tarixi anın şahidi oluruq



 10:00 19.01.2024     258

Prezident Rəcəb Tayyib Ərdoğan AX-3 missiyasında iştirak edərək tarix yazan ilk türk astronavtı Alper Gezeravcının kosmosa səyahəti ilə bağlı videomüraciət yayıb.

Demedia.az xəbər verir ki, tarixi bir məqama şahidlik etdiyini deyən Ərdoğan, yeni bir başlanğıcın edildiyini söyləyib.

Ərdoğan bunları deyib: "Hamımız birlikdə tarixi bir anın şahidi oluruq. Biz ümumi qürurumuzun zirvəyə yüksəldiyi dövrlərdən birini yaşayırıq. İlk insanlı kosmos missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə, Türk əsrinə qədəm qoyuruq. Elm tarixinə misilsiz töhfələr vermiş bir sivilizasiyanın varisləri olaraq biz tarixdə daşıdığımız missiyanı yenidən yerinə yetirmək üçün çox dəyərli yeni bir başlanğıc edirik. Gözlərində parıldayan üfüqə baxan gənclərimizə, xəyalları dünyaya sığmayan övladlarımıza ilham olmaq üçün ilk dəfə kosmosa vətəndaş göndəririk".

Aysun / Demedia.az