Abort xərçəng yaradır? - Video
Azərbaycanda bir çox qadınlar bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozurlar - abort etdirirlər.
Hər bir qadın bilməlidir ki, hamiləliyin süni şəkildə pozulması onun orqanizmi üçün heç bir iz buraxmadan keçib getmir. Abort edən hər üç qadının, ilk hamiləliyi pozan hər iki qadının birində ağırlaşmalar baş verir. Müəyyən edilib ki, abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Uşaqsalmanın ən ciddi ağırlaşmaları: qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq qanaxmaları (onlar uşaqlığın cərrahi yolla çıxarılması ilə nəticələnə bilər), uşaqlığın boyunun ciddi zədələmələri, hormonal pozğunluqlar, sonsuzluq və sairə.
Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.
Demedia.az Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az