Dəhşətli qəza: 14 nəfər həyatını itirdi



 14:08 19.01.2024     556

Hindistanın qərbindəki Qucarat əyalətində ötən gün tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində baş verən qəzada 14 nəfər həyatını itirib.

Demedia.az xəbər verir ki, Hindistan polisi, aralarında tələbələr və müəllimlərin də olduğu gəminin batması nəticəsində sərnişinlərin həyatını itirdiyini açıqlayıb.

Dəhşətli qəza ilə bağlı Hindistanın baş naziri Narendra Modi bir mesaj paylaşaraq səlahiyyətlilərin qəzadan zərər çəkənlərə hər cür yardım göstərdiyini bildirib. İçində 4 müəllim və 24 şagirdin olduğu qayıqda 14 nəfər həyatını itirib.

Modi həmçinin bəyan edib ki, hakimiyyət qəzadan zərər çəkənlərə hər cür yardım göstərir.

Aysun / Demedia.az