Pakistandan İrana mesaj: Bir qardaşıq, amma...



 15:42 19.01.2024     302

Pakistan Prezidenti Arif Alvi son günlər İranla yaşanan gərginliklərə münasibət bildirib.

Demedia.az xəbər verir ki, Prezident verdiyi yazılı açıqlamada Pakistanın milli təhlükəsizliyi və ərazi bütövlüyündən güzəştə getməyəcəyini vurğulayaraq Pakistan ordusunun İranın Sistan-Bəlucistan əyalətindəki terrorçuların sığınacaqlarına hücumunu təqdir edib.

Tehranla qardaş ölkə olduqlarını, lakin torpaqlarını qorumaq üçün bütün tədbirləri görəcəklərini ifadə edib: “Biz İranla qardaşıq, lakin torpaqlarımızı müdafiə etmək üçün bütün tədbirləri görəcəyik”.

Qeyd edək ki, yanvarın 16-da İran-Pakistan sərhədində toqquşma olub. İran Pakistanda “Ceyş əl-Ədl”in iki qərargahına hücum edib. Pakistan zərbələrə  cavab verib. Hər iki  tərəfdən ölənlər var.

Bahadur Seyidov