Çin ölümcül virusla laboratoriya təcrübələri aparır - YENİ TƏHLÜKƏ



 15:49 19.01.2024     305

Rəsmi Pekin Kimya Texnologiyaları Universiteti tərəfindən aparılan araşdırmalar çərçivəsində Çinin Covid-19-a bənzər ölümcül virusla laboratoriya təcrübələri apardığı müəyyən edilib.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, iddialara görə, virus 2017-ci ildə, Covid epidemiyasından əvvəl aşkar edilib.

Çin alimləri siçanlarda 100 faiz öldürmə qabiliyyətinə malik ölümcül virus üzərində təcrübə aparırlar.

 Çin alimlərinin apardığı araşdırmada ölümcül virusa “GX_P2V” adı verilib. Virus laboratoriyada genetik olaraq insanlara bənzəyən siçanların beyinlərini hədəf alıb. Tədqiqatçılar infeksiyadan sonra beş gün ərzində siçanların əhəmiyyətli dərəcədə çəki itirdiyini, letargik olduğunu və gözlərinin ağardığını müşahidə ediblər.  Siçanlar yoluxduqdan cəmi səkkiz gün sonra ölüb. Alimlər virusun siçanları bu qədər tez öldürməsinə təəccübləndiklərini bildiriblər.

Alimlər bu təcrübələrin dayandırılması ilə  bağlı  çağırış  ediblər.

Bahadur Seyidov