Yaponiya ABŞ-yə bunun üçün milyardlar ödəyəcək



 16:12 19.01.2024     263

Yaponiya Amerika Birləşmiş Ştatlarından  “Tomaqavk” raketləri alacaq.

Demedia.az xəbər verir ki,  sözügedən ölkələr arasında 400 ədəd Tomaqavk raketi və müvafiq avadanlıqların alınmasına dair müqavilə imzalanıb.

Rəsmi Tokio müvafiq avadanlıq üçün ümumilikdə 254 milyard yen (1,7 milyard dollar) ödəyəcək.

 Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, ödəniş 2025-ci ilin aprelindən başlayaraq 3 il müddətində həyata keçiriləcək.

Qeyd edək ki, Yaponiya “getdikcə daha ciddi təhlükəsizlik mühiti” səbəbindən “Tomahawks”ın ABŞ-dan alınması prosesini sürətləndirib.

Bahadur Seyidov