Qırmızı dənizdəki  vəziyyət dəniz ticarətini azaldıb



 16:58 19.01.2024     276

ABŞ və Böyük Britaniyanın Yəməndəki Ənsar Allah Husi üsyançı hədəflərinə zərbələri gəmiçilik sənayesində daha çox xaosa səbəb olub.

Demedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 Qərb koalisiyasının Yəmənə zərbələrindən az sonra gəmilərə Qırmızı dənizdən uzaq durmaq tövsiyə edilib. Qlobal dəniz ticarətinin təxminən 12%-ni təşkil edən marşrut üzrə nəqliyyat kəskin şəkildə azalıb.

“Bloomberg” yazır ki, ekipaj üzvləri arasında narahatlıq artır, çatdırılmalar gecikir və təhlükəsizlik vəziyyəti qeyri-sabitdir. Nəşr əlavə edir ki, sənaye nümayəndələri inflyasiya təzyiqləri, neftin qiymətinin artması və tədarükün pozulmasının qlobal iqtisadiyyata vura biləcəyi zərərdən narahatdırlar.

Bahadur Seyidov