Səhərə qədər yanında gözlədilər... - Hamı bu hadisədən danışır



 19:00 19.01.2024     646

Dünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin qırmızı siyahısına daxil edilərək nəsli kəsildiyi güman edilən və SHOAL adlı Təbiəti Mühafizə Təşkilatı tərəfindən dünyada ən çox axtarılan 10 balıq növü arasında yer alan bəbir sazan balığı, Rəcəb Tayyib Ərdoğan Universiteti (RTEÜ) alimlərinin apardığı araşdırma nəticəsində Dəclə çayında tapılıb.

Demedia.az xəbər verir ki, keçən həftəki kəşf də Oskar mükafatçısı Leonardo Di Kaprionu öz radarına salıb. Məşhur aktyor Türkiyədə bəbir sazanının qeydə alınması ilə bağlı sevincini sosial media hesabında bölüşərkən, uzun səylərdən sonra balığı tapan qrup tapıntının hekayəsini Milliyyətə danışıb.

15 illik təcrübəyə malik balıqçı Mehmet Ülkü yerli əhalinin “komando balığı” adlandırdığı növü ilk dəfə tapıb. Balıqları axtarmaq üçün bir neçə ay akademiklərlə çöl işi apardıqlarını bildirən 38 yaşlı Ülkü bunları deyib: “Müəllimlər şəhərdən çıxandan 3-4 gün sonra axşam saat 22:00 radələrində bəbir sazanla qarşılaşdım. Dərhal Cüneyt hoca və Münəvvər hocaya xəbər verdim. Çünki onlar aylardır bu balığın arxasınca düşmüşdülər. Balıqları qorumaq üçün onu hövzəyə qoyub evə apardım. Evin bağçasında uşaqlar üçün düzəltdiyim hovuza qoydum. Bir mühəndis dostumdan dəstək istədim. Səhərə qədər balıqla gözlədik, suyu dəyişdik, oksigen verdik”.

Aysun / Demedia.az