Avtobusda dava: Sürücü ilə sözü düz gəlmədi...



 23:09 19.01.2024     567

İstanbuldan Ankaraya gedən sərnişin avtobusunda əvəzedici sürücü ilə köməkçi arasında dava düşüb.

Demedia.az xəbər verir ki, avtobus hərəkətdə olarkən baş verən dava zamanı narahat olan sərnişinlər onu əvəz edən sürücünü və onun köməkçisini avtobusdan düşürüblər. Bəzi sərnişinlər əsəb böhranı keçirib.

Hadisə dünən axşam saat 17.45 radələrində İstanbuldan yola düşərək Ankaraya gedən sərnişin avtobusunda baş verib. İddiaya görə; Sakaryadan keçdikdən sonra avtobusun əvəzedici sürücüsü ilə köməkçi naməlum səbəbdən mübahisə etməyə başlayıblar.

Mübahisə qısa zamanda davaya çevrilib. Bu vaxt hərəkətdə olan avtobusda olan narahat sərnişinlər araya girərək tərəfləri ayırmağa çalışıblar. Sərnişinlər sürücüyə dayanmağı deyib və mübahisə edən insanları avtobusdan düşürüblər. Davadan sonra sərnişinlərdən bəzilərinin əsəb böhranı keçirdiyi görülüb.

Həmin anlar avtobusda olan sərnişinin mobil telefonunun kamerasına əks olunub.

Aysun / Demedia.az