4 yeni gəmi Türkiyə donanmasına təhvil verildi



 17:44 19.01.2024     492

4 yeni gəmi Türkiyə donanmasına təhvil verilib.

Demedia.az xəbər verir ki, bunu Yalova Sefine Gəmiqayırma Zavodunda keçirilən mərasimdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Mərasimdə TCG Derya, TCG İstanbul, TCG Arif Ekmekçi və Marlin SİDA Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Prezident Ərdoğanın mərasimdəki açıqlamalarından diqqət çəkən məqamlar:

“Təslim edilən hər gəmimizin gücə daha da güc qatacağına inanırıq. Hərbi Dəniz Qüvvələrimizin.Dəniz doldurma döyüş dəstək gəmimiz olan TCG Derya TCG Anadoludan sonra ən böyük gəmi olma xüsusiyyətinə malikdir. TCG Deryanın xidmətə girməsi ilə 1000 ədədin yanacaq və su təchizatı sürətlə həyata keçiriləcək, və döyüş elementlərinin yanacaq doldurulması və su ehtiyacları əməliyyat bölgəsinə yaxın ərazilərdə asanlıqla ödəniləcək".

Aysun / Demedia.az