Qan azlığının evdə təbii çarəsi - Həkimlər niyə ancaq dərman yazır? - Video



 11:23 22.01.2024     595

Dəmir çatışmazlığı dünya miqyasında geniş yayılmış sağlamlıq problemidir. Adından da göründüyü kimi, orqanizmdəki dəmir əksikliyindən qaynaqlanır.

Qanın sağlam hüceyrələrdən yoxsul qaldığı bir vəziyyətdir. Lazımi qədər dəmir olmadan orqanizm qırmızı qan hüceyrələrində oksigenin daşınmasını təmin edən bir maddəni-hemoqlobini ehtiyacı olduğu qədər istehsal edə bilməz. Adətən, dəmir çatışmazlığının qarşısının alınması qida əlavəsi olaraq dəmir qəbul etməklə baş tutur. Bununla yanaşı, həkimin tövsiyələrinə də əməl edilməlidir. Dəmir çatışmazlığı zamanı rasiona ciddi nəzarət lazımdır. Dəmir çatışmazlığını aradan qaldırmaq o qədər də çətin deyil. Lazım olan qidaları qəbul etməklə prosesə başlaya bilərsiniz. Dəmir çatışmazlığı zamanı orqanizmin köməyinə çatan qidalar bunlardır: 1. Dəniz məhsulları. Xüsusilə, midyə və stridiya dəmirlə daha zəngindir. Bu dəmir orqanizm tərəfindən asanca mənimsənilir. Bundan əlavə, dəniz məhsulları dadlı və qida dəyəri yüksək olan yeməklərdir. Demək olar ki, dəniz məhsullarının əksəriyyəti “yaxşı xolesterol”ə malikdir; 2. Lobya. Lobyanın nizamlı qəbulu dəmir çatışmazlığının qarşısını alır. 100 qram quru lobyada, təxminən, 4 milliqram dəmir var. Tərkibindəki dəmir və fol turşusu sayəsində, xüsusilə, hamilələrin qəbul etməsi məsləhətdir. Dən lobya enerji verən qidalar siyahısındadır. Gün ərzində gümrah qalmağa kömək edir; 3. Qovun. A və C vitamini ilə zəngin olan qovun lifli və sulu məti ilə arıqlamağa kömək edir. Həmçinin, meyvənin tərkibindəki dəmir, kalsium və digər yağlar onun asan həzm olunmasına zəmanət verir. Qida dəyəri yüksək olan qovun qan azlığı zamanı orqanizmin köməyinə çatır, infarkt riskini aşağı salır;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az