Bronxları bəlğəmdən təmizləyən möcüzə çay- Həkimlər niyə demir? - Video



 11:30 22.01.2024     673

Havalar soyumağa başlayanda orqanizmdə bəzi mənfi dəyişikliklər meydana gəlir.

Boğazda, sinədə ağrı, öskürək, keçməyən bəlğəm uşaqdan tutmuş böyüyə qədər hamını narahat edir. Əksər insan belə halla qarşılaşan zaman aptekə qaçıb, müxtəlif tərkibli kimyəvi dərmanlar almaq istəyir. Bəziləri isə əksinə, nənə-babaların tövsiyə etdiyi xilas yolları haqqında düşünür. 1. Tut bəhməzi. “Uşağın öskürəyini nə ilə kəsə bilərəm?” sualı ilə qarşı-qarşıya qalan analar, tut bəhməzini evinizdən əksik etməyin. Boğazı yumşaldan tut bəhməzi vitamin mənbəyi kimi, orqanizmin sürətlə möhkəmlənməsini təmin edir. Həmçinin, tənəffüs yollarını təmizləyir, nəticədə, uşaqlar rahat nəfəs alır; 2. Qara istiot və bal. Hər evdə mütləq bal da, istiot da olur. 1 xörək qaşığı balın üzərinə bir neçə çimdik istiot səpin. Hər səhər acqarına bu qarışımı qəbul edin. Quru öskürəyi kəsir, bəlğəmli öskürəyi xəfiflədir; 3. Zəncəfil və limon. Öskürək zamanı köməyə çatan bitkilər arasında zəncəfil ən məşhurudur. Mövsümi xəstəlik zamanı limonla birləşən zəncəfil orqanizmin xilaskarına çevrilir. “Covid-19” pandemiyası zamanı həkimlərin zəncəfildən necə ürəklə danışdığının şahidi olduq. İmmuniteti gücləndirən toz zəncəfili isti içkilərə-çaya, südə 1 çimdik əlavə edə bilərsiniz, yaxud zəncəfil kökündən 1 dilim kəsib yeyə bilərsiniz. Zəncəfillə limon suyunu qarışdırıb içərək mövsümi xəstəlikdən sürətlə sağalmaq şansınız var;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az