Yaponların ömrünü uzadan sirri! Onlar nəyi yemir? - Video



 11:40 22.01.2024     609

Yaponlar niyə uzunömürlüdürlər? Onlar nə yeyib içirlər ki, xəstələnmirlər?

 

“Ən uzunömürlü insanlar”ın yaşadığı ölkələr siyahısına, uzun illərdir ki, Yaponiya liderlik edir. “Günəş ölkəsi”nin hər 4 sakinindən birinin yaşı 65-dən yuxarıdır və onların 60 mini yüzü adlayıb. Gerontoloqlar və qocalma prosesinin tədqiqi ilə məşğul olan alimlər bunun səbəbləri ilə maraqlandılar. Məlum oldu ki, daha az xəstələnmək və daha uzun yaşamaq üçün bəzi qaydalara riayət etmək lazımdır. Yeri gəlmişkən, Yaponiyada bu qaydalar qeyri-adi bir şey deyil- hər kəsin normal yaşamının bir hissəsidir.

1. Az duz qəbulu. Hazırda Yaponiya dünyanın inkişaf etmiş ölkələri arasında liderlərdən biridir. Ancaq “Günəş ölkəsi” həmişə belə olmayıb. Keçən əsrin 50-ci illərində Yaponiya ölümcül xəstəliyə - vərəmə qarşı fəal mübarizə aparırdı. 70-ci illərin əvvəllərində yapon xalqı ürək-damar xəstəliklərinə səbəb olan problemlərin tapılması və onların aradan qaldırılması ilə fəal məşğul olmağa başladı. Yaponlar az yağlı, sağlam pəhrizə sahibdirlər və porsiyaların sayı bizim qida vərdişimizə nəzərən xeyli azdır. Əvvəllər yaponların yeməkləri kifayət qədər duzlu idi. 1 insan gün ərzində orta hesabla 30-40 qram duz istehlak edirdi. Yaş artdıqca bu, yüksək qan təzyiqinə, ürək və qan damarları ilə bağlı problemlərə, infarkt və insult riskinə səbəb olurdu. Zamanla həkimlər duz qəbulu ilə ürək-damar sisteminin xroniki xəstəlikləri arasında birbaşa əlaqəni tapdılar. Məsələnin öyrənilməsinə həssas yanaşdılar. İndi yaponların rasionunda duzun gündəlik miqdarı 10 qramdan çox deyil. Buna görə də, bişmiş yeməklərə əlavə olaraq duz səpmək ənənəmiz yaponlara qəribə gəlir. 2. Acarkən yemək. Yaponlar, xüsusən də, yapon qızları belə fikirdədirlər ki, yeməyin yalnız 80%-ni yemək lazımdır. Yaponlara qulaq asmaq fikrindəsinizsə, heç vaxt həddindən artıq yeməyin. Masadan azacıq aclıq hissi ilə qalxmaq lazımdır. Bu, sağlam həyat tərzi sürməyə çalışanlara çoxdan məlumdur. Dietoloqlar deyirlər ki, daim doya-doya yemək bədənimizin sürətlə aşınmasına səbəb olur. Yaponiyada yeməklər həmişə kiçik boşqablarda verilir, porsiyalar da azdır. Üstəlik, bütün yaponlar gündə, ən azı, 7 növ meyvə-tərəvəz yemək qaydasına riayət etməyə çalışırlar. Rasionda üstünlük dənli bitkilərindir. Qızların ağ şəkərdən imtinasının kökündə sağlamlıqla həmahəng arıq olmaq arzusu da dayanır. Orta sinif yaponların rasionunda ən çox ton balığı, yerkökü, kələm, bibər, lobya, tofu və soya cücərtiləri var. Qeyd edim ki, yaponlar içki rejiminə riayət etməyi də unutmurlar.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az