Arda Gülərlə bağlı qərar etiraza səbəb oldu



 13:22 22.01.2024     224

İspaniya La Liqasının 21-ci həftəsində “Santyaqo Bernabeu”da “Real Madrid” və “Almeriya” üz-üzə gəlib.

Demedia.az xəbər verir ki, iki top fərqi ilə geridə qalaraq 3-2 qalib gələn Real Madriddə baş məşqçi Karlo Ançelotti Arda Güləri oyuna çıxarmadığı üçün tənqid edilib.

Ançelotti tərəfindən isinmə hərəkətinə göndərilən Arda Gülərin matçda oynamaq şansı olmayıb. Arda Gülərin isinmədən gələrək ehtiyat oyunçular skamyasında hüznlə oturması haqda çox danışılıb. Həm türk futbolsevərlər, həm də "Real Madrid" azarkeşləri Ançelottini Arda Güləri oyuna daxil etmədiyinə görə tənqid ediblər.

Aysun / Demedia.az