Ərdoğan Alper Gezeravcı ilə danışacaq



 14:01 22.01.2024     232

Türk astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq.

Demedia.az xəbər verir ki, ilk türk astronavtın proqramında ailəsi və Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır ilə də görüş var.

Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Tədris Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə əlaqə quracaq.Türk astronavt Beynəlxalq Kosmik Stansiyada qaldığı müddətdə türk tələbələrlə də görüşəcək. Samsun, Kocaeli, Hatay, Diyarbəkir, Konya və Balıkəsirdən olan universitet, lisey və orta məktəb tələbələri ilə təcrübələrini bölüşəcək.

Aysun / Demedia.az