Girovlar azad edilsə, Qəzzada döyüşlər... - Netanyahu  açıqladı



 14:25 22.01.2024     291

İsrail girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmayacaq.

Demedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

O bildirib ki, HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, qüvvələrin Qəzzadan çıxarılmasını tələb  edir:

“Nuxbadan (Fələstin radikallarının xüsusi bölməsi -red) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik.Biz qaçırılanları təhlükəsiz şəkildə evə gətirə bilmərik, qarşıdakı 7 oktyabr isə yalnız İsrailin təhlükəsizliyinə belə bir ölümcül zərbə vurulmasını qəbul edə bilmərəm və buna görə də biz buna razı olmayacağıq”, - deyə Netanyahu bəyan edib.

Bahadur Seyidov