ABŞ-ni qış “əsir” aldı - 89 nəfər öldü



 14:46 22.01.2024     273

ABŞ-də son bir həftə ərzində Arktikada soyuqlar səbəbindən ən azı 89 nəfər ölüb.

Demedia.az xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

Məlumata görə, Tennessi ştatında 25, Oreqonda isə ən azı 16 nəfər ölüb.

 Həmçinin İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu Cersi ştatlarında ölüm halları qeydə alınıb.

 Yanvarın 12-dən bəri ABŞ-ın çox hissəsində soyuqlar və qar yağır. “Associated Press” agentliyinin yanvarın 17-də verdiyi məlumata görə, ABŞ-nin mərkəzi bölgələrinin bir çox yerlərində temperatur mənfi 34,4 dərəcəyə düşüb.

Bahadur Seyidov