Əfqanıstanda qəzaya düşən təyyarənin sərnişini belə  xilas olub



 15:14 22.01.2024     285

Əfqanıstanın şimal-şərqində qəzaya uğrayan təyyarədə sağ qalanlardan biri məskunlaşan əraziyə yaxınlaşıb kömək istəyib.

Demedia.az xəbər verir ki, bu barədə Əfqanıstan Beynəlxalq telekanalı məlumat yayıb.

 Onların məlumatına görə, sağ qalan şəxs Bədəxşan vilayətinin şimalındakı Kof Ab bölgəsindəki kəndə çata bilib və işarə dili ilə yerli sakinlərdən kömək istəyib.

 Telekanalın məlumatına görə, təyyarə əyalətin inzibati mərkəzindən bir neçə saat aralıda yerləşən ucqar ərazidə qəzaya uğrayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Hindistana aid olduğu deyilən 6 nəfərdən ibarət sərnişin  təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Ekipaj üzvlərindən 4-ü xilas olub, digər ikisinin axtarışları davam etdirilir.

Bahadur Seyidov