Türkiyəli  astronavt kosmosdan ilk zəngini Ərdoğana edəcək



 15:49 22.01.2024     288

Türkiyəli astronavt Alper Gezeravcının kosmos səyahəti Türkiyədə  həyəcanla izlənilir.

Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki, o,  Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə saxlayacaq. Gezeravcının prezident Ərdoğanla ilk görüşü gözlənilir.

O,Beynəlxalq Kosmik Stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə saxlayacaq.

Bahadur Seyidov