300 min illik yuxudan oyandı!



 21:34 22.01.2024     674

Yer üzündə insanlar mövcud olmadan əvvəl mövcud olan virusları kəşf edən elm adamları, şimal qütbündə tapılan bu virusların immunitet sistemi tərəfindən tanınmadığını bildirdilər.

Demedia.az xəbər verir ki, bu səbəbdən də yaxın illərdə ölümcül pandemiyanın baş verəcəyini bildirən mütəxəssislər virusla bağlı ətraflı məlumat da paylaşıblar.

Beş gün əvvəl Britaniya mediası Çində siçanlarda sınaqdan keçirilən virusun 100 faiz ölümcül nəticəyə çatdığını yazmışdı. Pekində Çin ordusu ilə əlaqəsi olan elm adamları panqolinlərdə tapılan və GX_P2V kimi tanınan Covid-bənzər virusu klonlaşdırıblar. Virusun siçanlarda necə reaksiya verəcəyini öyrənmək istəyən mütəxəssislər bütün siçanlar öldüyü üçün təcrübəni tamamlaya bilməyiblər. Klonlaşdırılmış virusun ağciyərlərə deyil, beyinə yayıldığını bildirən mütəxəssislər siçanların ölüm səbəbini beyin infeksiyası kimi izah ediblər.

Dünyada səs-küy yaradan bu araşdırmadan sonra “Guardian” qəzeti bəşəriyyətin yeni və qəribə bir epidemiya təhlükəsi ilə üz-üzə qaldığına dair təhlil dərc edib. Mütəxəssislər, qütblərdə donmuş buzlardakı "qədim virusların" iqlim dəyişikliyinə görə canlanacağını və bu "zombi" virusların dünya miqyasında çoxlu insanın ölümünə səbəb ola biləcəyini bildiriblər. Bu kontekstdə elm adamları qədim mikroorqanizmlərin yaratdığı xəstəliyin erkən hallarını aşkar edəcək Arktika monitorinq şəbəkəsini planlaşdırmağa başladılar.

Aix-Marsel Universitetindən genetik Jan-Mişel Klaveri, "Hazırda pandemiya təhlükələrinin təhlili cənub qütbündən yaranan və sonra şimala yayıla bilən xəstəliklərə yönəldilmişdir" dedi.

"Arktika ilə bağlı çox az ehtiyat tədbirləri görülür. Orada insanlara yoluxmaq və yeni xəstəlik epidemiyasına başlamaq potensialı olan viruslar var".

Rotterdamdakı Erasmus Tibb Mərkəzindən virusoloq Marion Koopmans, poliomielit xəstəliyinin qədim versiyası olan virusların Şimal qütbündə tapıldığını xatırladaraq, donmuş virusların 2014-cü ildə Sibirdə yenidən canlandığını bildirib. Burada tapılan virusların çoxunun təxminən 50 min il yaşı var idi və çiçək virusu və herpesin genom patogenini daşıyırdı.

Aysun / Demedia.az