Ocaqda unudulmuş süd evi külə çevirdi - Dəhşətli HADİSƏ



 22:05 22.01.2024     733

Ədirnənin Hıdırağa kəndində südün sobada unudulması nəticəsində baş verən yanğında birmərtəbəli fərdi yaşayış evi yararsız hala düşüb.

Demedia.az xəbər verir ki, qonşularının xəbərdarlığı ilə şəhər mərkəzindən qayıdan və evinin yanmasını seyr edən Fatma Uysal "Əşyalarımızı xilas etmək üçün içəri girə bilmədik" deyib.

Yanğın günorta saatlarında Hıdırağa kəndində Halil (64) və Fatma Uysala (60) məxsus birmərtəbəli evdə baş verib. Səhər saatlarında tövlədə inəklərindən sağdığı südü qızdırmaq üçün ocağın üstünə qoyan Fatma Uysal daha sonra əri ilə birlikdə Ədirnə şəhər mərkəzinə gedib. Bu arada yanğında unudulan süddən soba yanıb. Evdən tüstü çıxdığını görən qonşular yanğınsöndürənlərə xəbər veriblər.

Evinin yandığını, ağlayaraq seyr edən Fatma Uysal bunları deyib: "Ədirnəyə getdik, evimiz yandı dedilər. Ona görə də tələsik kəndə qayıtdıq, evimizin yandığını gördük, gedə bilmədik. əşyalarımızı xilas etmək üçün içəri girdik. Hər şey içəridə idi, bütün qiymətli əşyalarımız içəridə idi".

Aysun / Demedia.az