Polisdən qaçarkən qəza törətdi, daha sonra hadisə yerindən də qaçdı - VİDEO



 22:36 22.01.2024     648

Türkiyədə Aksarayda polisdən qaçarkən avtomobilə çırpılan və qəza yerindən qaçan sürücü təqibdən sonra yaxalanıb.

Demedia.az xəbər verir ki, hadisə Pamucak səmtində Böyük Bölçək küçəsində baş verib.

Əldə edilən məlumata görə, Böyük Bölcək məhəlləsi Şehit Mehmet Ali Dəmir küçəsində patrul xidməti aparan Asayiş Şöbəsi qrupları, vəziyyətindən şübhələndikləri 34 LAS 93 nömrəli avtomobilin sürücüsünə “saxla” xəbərdarlığı edib. Polis xəbərdarlığına məhəl qoymayaraq qaçan sürücü ara küçələrdə gizlənməyi bacarıb və Böyük Bölçək küçəsindən çıxarkən Atakan K.-nin (35) idarə etdiyi 68 RA 250 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Qəza anbaan təhlükəsizlik kamerasına düşərkən, sürücü avtomobildən enərək avtomobilini yoxlayıb, daha sonra sükan arxasına keçərək qaçmağa davam edib.

Sürücü qısa müddətdə Tatar küçəsində yaxalanıb. Qəza yerinə gətirilən sürücü M.G.-nin spirtli içki qəbulu yoxlanılıb. (26) jurnalistlərin “Niyə qaçdın?” sualına “Səni vurdum, qardaş, qaçdım, nə edim, canını aldım?” deyə cavab verib.

Aysun / Demedia.az