Qız məsələsi qanla bitdi: Dostunu bıçaqladı



 23:09 22.01.2024     526

Türkiyədə dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Kağıthanedə yolda gedən iki dost arasında qız məsələsinə görə mübahisə düşüb.

Davaya çevrilən hadisədə 19 yaşlı təcavüzkar 18 yaşlı gəncin başına bıçaqla xəsarət yetirib. Başındakı bıçaqla xəstəxanaya aparılan gənc həyati təhlükəsi olan vəziyyətlərdən xilas olub.

Hadisə ötən həftənin cümə günü saat 15.15 radələrində Kağıthane Hürriyet Məhəlləsində baş verib. İddiaya görə, küçədə gəzən Azat K. (18) ilə Fatih E. (19) arasında qız məsələsinə görə mübahisə düşüb. Mübahisə davaya çevriləndə ikilinin dostu araya girərək onları ayırıb.

Lakin söyüşlər başlayanda Fatih E. bıçaq çıxararaq Azat K.-ya doğru qaçmağa başlayıb. Daha sonra Fatih E. əvvəlcə Azat K.-nın kürəyindən, daha sonra isə əlindəki bıçaqla başından bıçaqlayıb.

Aysun / Demedia.az