HƏMAS tərəfindən əsir götürülən bir qrup İsrail parlamentinə basqın edib
Qohumları HƏMAS tərəfindən əsir götürülən bir qrup İsrail parlamentinə basqın edərək deputatlardan yeni məhbus mübadiləsi sazişi üzərində işləməyi tələb ediblər.
Demedia.az xəbər verir ki, girovların yaxını asayiş keşikçilərinin maneələrini dəf edərək Qərbi Qüdsdə İsrail parlamentində Maliyyə Komitəsinin iclasının keçirildiyi zala daxil olub. Əllərində “Onları (məhbusları) geri gətirin” yazılan plakatlar tutan nümayişçilər deputatları HƏMAS ilə yeni məhbus mübadiləsinə çağırıb. Məhbusların yaxınlarının İsrail parlamentinə basqın zamanı gərginliyin artdığı müşahidə edilib.
Qeyd edək ki, İsrail ordusunun bəyanatına görə, Qəzza zolağında 136 israilli girov var.
Bahadur Seyidov