Hizbullah İsrail ordusunun mövqeyinə hücum edib



 18:25 22.01.2024     269

Hizbullah İsrail ilə Livanın cənub sərhəd bölgəsi arasında münaqişə ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, Hizbullah Livana hücuma hazırlaşarkən İsrail əsgərlərinin raketlərlə hədəf alındığını açıqlayıb. Açıqlamada İsrailin “Zirit” hərbi məntəqəsi ətrafında Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail əsgərlərinin raketlə hədəf alındığı bildirilib. Hücum zamanı hədəfin tam dəqiqliklə vurulduğu, İsrail tərəfində ölən və yaralananların olduğu bildirilib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra İsrail ordusu ilə Hizbullah arasında da toqquşmalara müşahidə edilir. İndiyədək toqquşmalarda 164 Hizbullah üzvü, 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.

Bahadur Seyidov