ABŞ-da itkin düşən xizəkçilər sağ tapılıb



 18:42 22.01.2024     274

ABŞ-ın şərq və mərkəzi ştatlarında soyuqlar davam edərkən iki gün əvvəl itkin düşən 23 xizəkçi, o cümlədən 6 uşaq sağ-salamat tapılıb.

Demedia.az xəbər verir ki, iki gün əvvəl Vermont ştatında xizək sürmək üçün dağlıq bölgəyə gedən 6-sı uşaq olmaqla 23 nəfər itkin düşüb. Polis 6-sı uşaq olmaqla 21 nəfərin itkin düşdüyünü açıqlasa da, daha sonra daha 2 xizəkçinin itkin düşdüyünə dair məlumatlar daxil olub. Xilasedicilərin səyi nəticəsində onların hamısı xilas edilib. Yerli dairələ hava şəraiti ilə əlaqədar sakinlərə xəbərdarlıq edib.

Sakinlərə evlərini tərk edərkən diqqətli olmaları barədə tövsiyələr verilib.

Bahadur Seyidov