Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var - Fələstinin baş naziri



 18:52 22.01.2024     298

Fələstinin baş naziri Məhəmməd Ştiyye bəyan edib ki, beynəlxalq ictimaiyyətdə Fələstin dövlətinin yaradılması ilə bağlı konsensus var.

Demedia.az xəbər verir ki, Fələstinin Baş Nazirliyi ofisinin açıqlamasına görə, Ştiyye hökumətin həftəlik iclasında çıxışı zamanı belə deyib. Ştiyye çıxışında, "İki dövlətli həll variantı çərçivəsində beynəlxalq fəaliyyət var. Biz deyirik ki, dünya iki dövləti rədd edən İsrail Baş naziri Binyamin Netanyahu və hökumətinin münasibətinə diqqət yetirməlidir. Fələstinin BMT-yə üzv olmaq üçün səs verilməlidir. Fələstin dövlətinin qurulması ilə bağlı beynəlxalq konsensus var. Bu beynəlxalq konsensus işğala son qoymağa yönəlmiş Fələstin dövlətininin qurulması üçün  praktiki addımlara çevrilməlidir" deyə bildirib.

Bahadur Seyidov