Çindən gələn turistlərdə meymunçiçəyi aşkarlandı



 10:45 23.01.2024     253

Sankt-Peterburqda Çindən gələn turistlər arasında meymunçiçəyinə yoluxma aşkarlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Rospotrebnadzor şəhər administrasiyasının mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, xəstələr yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış tibb müəssisəsindədirlər, onların həyatı üçün heç bir təhlükə yoxdur.

Rospotrebnadzor mütəxəssisləri epidemioloji araşdırmaya başlayıb və xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra antiepidemiya tədbirləri həyata keçirirlər.

Həkim nəzarətində olan təmasda olan şəxslərin dairəsi də müəyyən edilib.

Bahadur Seyidov