Keçmiş sevgilisinin qapısını partlatdı
İngiltərədə keçmiş sevgilisinin qapısına butan qazı ilə doldurulmuş şüşə qoyub qapını partladan qadın həbs edilib.
Demedia.az xəbər verir ki, o, 6 il müddətinə azadlıq məhrum edilib.
Bildirilib ki, qadın əvvəllər də öz evində silsilə yanğınlar törədib.
Polis bir çox insanın həyatını təhlükəyə atan qadının yanvarın 16-da mühakimə olunduğunu və hər iki cinayətə görə ümumilikdə 6 il həbs cəzası aldığını açıqlayıb.
Bahadur Seyidov