“Maradona”  Türkiyədə  hər kəsi təəccübləndirdi



 12:29 23.01.2024     327

Türkiyənin Şanlıurfa bölgəsinin Ceylanpınar rayonunda yaşayan şəxsin Dieqo Maradonaya bənzərliyi görənləri təəccübləndirib.

Demedia.az xəbər verir ki, Menderes Akın  adlı şəxsin saçları, üzü və hərəkətləri ilə əfsanəvi futbolçuya oxşayır.

48  yaşlı Akın bildirib ki, o, futbol meydanşalarında çəkdiyi videoları  sosial şəbəkələrdə  paylaşır:

“Bəzən küçəyə çıxa bilmirəm. Hamı  məni Maradonaya bənzədir”,-  deyə o qeyd edib.

Bahadur Seyidov