Xəstəliyinizi evdə üzünüzə baxıb, biləcəksiz! - Video



 10:15 23.01.2024     446

Üzümüz daxili orqanlarımızın güzgüsüdür.

Əgər saçlarınız tökülməyə başlayıbsa, bu, orqanizmin artıq dihidrotestosteron haqda “danışmasıdır”. Bunun qarşısını almaq üçün sinklə zəngin qidalar qəbul edilməlidir. Siyahının başında balqabaq tumu öndə gəlir. Qaşların tükünün tökülməsi isə yod çatışmazlığı ilə birbaşa əlaqəli olan hipotireoz xəstəliyinin əlamətidir. Əksər insan yod çatışmazlığı deyən zaman apteklərdə satılan yodu alıb, istifadə etmək barədə düşünür. Bu, tamamilə səhv fikirdir. Yodla zəngin qidalar yeyərək, bu problemi həll edə bilərsiniz. Məsələn, Balıq, ağartı məhsulları, quru gavalı və yumurta sarısında yod var. Qeyd edim ki, qadınlarda üz tüklənməsi də androgenlərin çoxluğundan qaynaqlanır. Buna da xüsusi nəzarət eləmək mütləqdir. Sızanaqlar sink çatışmazlığı zamanı karbohidratların mənimsənilməsindəki problemlərdən dolayı meydana çıxır. Xüsusilə, soyuq aylarda ağızın kənarlarında gözə dəyən çatlar B2 vitamini çatışmazlığından xəbər verir. Bu vitaminin əksikliyi dabanda çatlar da yaranmasına səbəb olur. Bəs, B2 vitamini əksikliyini nə yaradır? Ağ un... Bəli, yüksək miqdarda qəbul edilən ağ unun emalı üçün orqanizm olduqca bol vitamin sərf edir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az