İsrail əsir mübadiləsindən sonra müharibəni dayandırmayacaq
İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada saxlanılan məhbusların ailələri ilə görüşüb.
Demedia.az xəbər verir ki, Netanyahu, HƏMAS ilə ölkəsi arasında mümkün məhbus mübadiləsindən sonra hücumları yenidən başlatmağı planlaşdırdıqlarına diqqət çəkib. Netanyahudan İsrailin əsirlərin azad edilməsini təmin etmək üçün hücumları dayandırmağa və əsirlər qayıtdıqdan sonra yenidən başlamasına niyə razı olmadığını soruşduqda, o “İsrail müharibəyə davam etməyi planlaşdırarkən hücumları dayandırmağı öhdəsinə götürə bilməz” deyə cavab verib.
Bahadur Seyidov