"Səudiyyə Ərəbistanını İsraillə münasibətlərin normallaşmasına razıdır"



 12:18 23.01.2024     267

ABŞ Səudiyyə Ərəbistanının iki dövlətli həllə nail olmadan İsraillə əlaqələr qurmayacağına dair bəyanatlarına baxmayaraq, ərəb ölkəsi İsraillə münasibətlərin normallaşmasına razıdır.

Demedia.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında belə deyib. Səudiyyə Ərəbistanının İsraillə münasibətlərini normallaşdırmasının hələ də mümkün olduğunu müdafiə edən Kirbi bildirib ki, HƏMAS-ın hücumundan sonra da ABŞ əlaqələrin qurulması üçün daha çox çalışır. Kirbi bəyan edib ki, ölkələr arasında münasibətlərin normallaşması iki dövlətli həllə nail olmaq üçün əlavə imkanlar yarada bilər.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının əleyhinə olduğunu və bu barədə ABŞ administrasiyasını məlumatlandırdığını bildirib.

Bahadur Seyidov