Nigeriyada kəndə hücum edib sakinləri girov götürdülər



 14:45 23.01.2024     282

Qərbi Afrika ölkəsi Nigeriyanın Katsina əyalətində silahlı şəxslərin 29 nəfəri qaçırdığı açıqlanıb.

Demedia.az xəbər verir ki, motosikletlə silahlı şəxslər Katsina əyalətinin Taşar Na-Qulle kəndinə basqın ediblər. Basqın zamanı uşaqlar da daxil olmaqla 29 nəfər qaçırılıb.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə qarşılığında adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

Bahadur Seyidov