Avstraliyada hökumət “qızıl viza” proqramını dayandırıb



 14:18 23.01.2024     278

Avstraliyada hökumət xarici investorların ölkədə yaşamasına icazə verən “qızıl viza” proqramını dayandırıb.

Demedia.az xəbər verir ki, Avstraliyanın Daxili İşlər və Kibertəhlükəsizlik Naziri Kler Onil proqramla bağlı açıqlama verib. Oneil, "qızıl viza" tətbiqinin Avstraliya iqtisadiyyatının ehtiyaclarını ödəmədiyini ifadə edib. O bildirib ki, “qızıl viza” proqramı daha əhatəli işçi vizaları əvəz ediləcək. Hökumətin məlumatlarına görə, 2012-ci ildən bəri proqram çərçivəsində minlərlə investora "qızıl viza" verilib və müraciətlərin təxminən 85 faizi Çindəki investorlardan gəlib.

“Qızıl viza” proqramı çərçivəsində xarici investorlara təxminən 3,3 milyon dollarlıq sərmayə müqabilində Avstraliyada daimi yaşayış statusu verilib.

Bahadur Seyidov