İstanbulda yük gəmisi qəza törətdi



 15:00 23.01.2024     244

İstanbulda yük gəmisi Ahırkapı Ankorajında ​​lövbər salarkən konteyner gəmisinə çırpılıb.

Demedia.az xəbər verir ki, qəzadan sonra gəmilərə ziyan dəyərkən, Sahil Təhlükəsizliyi Baş İdarəsindən son vəziyyətlə bağlı məlumat verilib.

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinin sosial media hesabından edilən açıqlamada bu barədə məlumat verilib. "VOLGO DON 207" adlı 138 metr uzunluğundakı ümumi yük gəmisinin Ahırkapı Ankraj Sahəsində lövbər saldığını, lövbərdə olan "ASTRID L" adlı 147 metr uzunluğundakı konteyner gəmisinə dəydiyi ifadə edilib.

Gəmilərə maddi ziyan dəyib, yoxlamalar zamanı can itkisi, xəsarət və ya itki olmayıb. 

Aysun / Demedia.az