Türkiyədə oynayan futbolçuya möhtəşəm təklif



 15:30 23.01.2024     609

Dünya nəhəngi Paris Saint-Germain "Qalatasaray"ın uğurlu sağ cinah müdafiəçisi Sacha Boeyin transferi üçün danışıqları intensivləşdirib.

Demedia.az xəbər verir ki, PSJ-nin arxasınca getdiyi Sacha Boey "Arsenal"ın ona olan marağını artıq unudub.

Fransız sağ cinah müdafiəçisi konkret addımlar atıldıqdan sonra dünya nəhənginin formasını geyinmək üçün səbirsizlənir. Sacha Boey bu mövsüm "Qalatasaray"la 31 rəsmi oyuna çıxıb. Fransız futbolçu bu görüşlərdə 2 qol vurmağı bacarıb.

Aysun / Demedia.az