DƏHŞƏT: 21 əsgər binanın altında qaldı



 16:00 23.01.2024     500

Qəzzada 3,5 ayda 25 mindən çox adamı şəhid edən İsrail ordusu döyüşdə ən çox əsgər itkisini HƏMAS əsgərləri ilə birə-bir qarşıdurmada verib.

Demedia.az xəbər verir ki, Qəzzanın cənubunda baş verən qarşıdurmada bir binanı mühasirəyə alan İsrail əsgərləri qapalı vəziyyətdə, çökən binanın altında qalıb.

Ordu sözçüsü Daniel Hagari hadisədə 21 ehtiyat əsgərin öldüyünü açıqlayıb. İsrail mediası isə adları açıqlanan əsgərlərin HƏMAS ilə toqquşmalarda minalardan istifadə edərək binaları dağıtmaqdan məsul olduğunu bildirib. HƏMAS-ın atdığı raketin minaya düşməsi nəticəsində binanın əsgərlərin üzərinə çökdüyü təxmin edilir.

Aysun / Demedia.az