"Qalatasaray" üçün üzücü xəbər


Zədəsi səbəbindən "Trabzonspor" matçını davam etdirə bilməyən "Qalatasaray"ın futbolçusu Abdülkerim Bardakcı ehtiyat oyunçular skamyasında sarı vərəqə alaraq cəzalanıb. Milli müdafiəçi 2 matçı buraxa bilər.
Demedia.az xəbər verir ki, Abdülkerim Bardakcının zədəsinin ciddi ola biləcəyi və 2 həftə meydanlardan uzaq ola biləcəyi bildirilib.
Cəzalı olduğu üçün "İstanbulspor" matçında meydana çıxa bilməyəcək Abdülkerim Bardakcı Qaziantep matçında da meydanda olmaya bilər.
Aysun / Demedia.az