Kəndə enən canavar sürüsü qorxuya səbəb oldu


Gümüşhanenin Kelkit mahalında kəndin girişinə gələn canavar sürüsü qorxulu anlara səbəb olub.
Demedia.azxəbər verir ki, bu gün səhər tezdən rayonun Babakonağı kəndinin girişindəki Kıran məntəqəsində vətəndaşlar tərəfindən 9 canavar görünüb. Kənd sakinlərindən Lətif Kəskinoğlu tərəfindən mobil telefon kamerası ilə lentə alınan canavarların hər hərəkəti saniyə-saniyə lentə alınıb.
Sözügedən məkanda fermaya göz dikən canavarları qovmaq üçün səs-küy salan Keskinoğlu dostları ilə birlikdə canavar sürəsini qovmaq istəyib.
Getməyən canavarları bu dəfə dağ yolundan keçərək qorxutmağa çalışan kəndlilər sürünü dağıda bildikdə dərindən nəfəs alıblar.
Aysun / Demedia.az