Kartından ilk dəfə istifadə etdi, 20 mini... - ŞOK HADİSƏ



 22:05 23.01.2024     646

Bursanın İnegöl rayonunda təqaüdçü işçi İrfan Kahramanın (50) həyatı heç istifadə etmədiyi kredit kartı üzündən kabusa çevrilib.

Demedia.azxəbər verir ki, dekabr ayında heç vaxt istifadə etmədiyi kredit kartını ilk dəfə alış-veriş üçün istifadə etmək istəyən İrfan Kahraman kassada edilən xəbərdarlıqdan təəccüblənib.

Hadisəni izah edən Kahraman bunları deyib: "O kartdan istifadə etmirdim. Dekabr ayında istifadə etməyə çalışdım, amma balansın yetərli olmadığını söylədi. 20 min lirə limitim var idi. Hamısını ələ keçirdilər. Hesabımdan 452 min lirəyə yaxın pul çıxarıldı. Bank mənə heç bir bildiriş vermədi. Bu pul təxminən 300 müxtəlif IBAN-a göndərildi. Kartdan xəbər tutanda dərhal müştəri xidmətlərinə zəng etdim və blokladım. Elə günlər olur ki, 2-3 dəfə eyni gündə pul çıxarılır".

Aysun / Demedia.az