"DeMedia" dördüncü "GÜMÜŞ PAKET"ini aldı



 16:51 23.01.2024     371

"DeMedia"nın "Sweet Grandma" beynəlxalq Yutub kanalı 100 min abunə sayını keçib. Buna görə şirkət yutubdan dördüncü “GÜMÜŞ PLAKET”ini qazanıb. 

İlk videosu 2016-ci ildə yayımlanan kanal “DeMedia” şirkətinə daxildir. Şirkətin xəbər portalları və onlarla sosial şəbəkə hesabları var. Bununla yanaşı “Youtube”də yüzminlərlə abinəçisi olan “Demədi Demə”, “Bir Bax”, “Peasant” kanalları yayımlanır. “Sweat Grandma”, “Peşəkar Həkimlər”, “Sağlam Qadın”, “Demedia xəbər” kimi səhifələr, "Demedia.az" xəbər saytı və 20 həkim kanalının idarə olunması 8 ildəki müvəffəqiyyətin bir hissəsidir. Onu da qeyd edək ki, heç bir yerdən qrant almayan "DeMedia" təmənnasız Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş qazilər, şəhidlər, şəhid ailələri ilə bağlı sənədli filmlər, həmçinin sosial yönümlü videoçarxlar hazırlayaraq, cəmiyyətimizdə mövcud olan naxoş streotiplərin aradan qaldırılmasına töhfəsini verir.

Aysun / Demedia.az